Mühacirətə gedən keçmiş polislə İH-nin sabiq hüquqşünasının 1 il əvvəl törətdikləri qətl - Salyanda şok olay

img

28-12-2016 [19:52]


Salyanda 1 il əvvəl törədilmiş qətlin üstü açılıb.

Bu gün Salyan şəhəri Y.Zərgərli küçəsi 9 saylı evin həyətindən 1 il əvvəl qətilə yetirilərək basdırılmış 26 yaşlı Salyan şəhəri Heydər Əliyev küçəsi ev 46-da tənha yaşayan Qasımov Elçin Mirqələm oğlu cəsədi qazılaraq torpaqdan çıxarılıb.

Qətli törətməkdə ev sahibi 1968-ci ildə anadan olmuş Cavadov Rövşən Cavad oğlu şübhəli bilinir.Lakin o bir aya yaxındır ki xarici ölkələrin birinə mühacirət edib.Qətli törətdikdən sonra o,həyat yoldaşı 46 yaşlı Nazənin Cavadova ilə birlikdə meyidi qazaraq həyətdə basdırıb.Sonradan isə meyidin basdırıldığı yerin üzərində hamam tikilib.Ona görə də,hüquq-mühafizə orqanları cəsədi çıxarmaq üçün xeyli çalışmalı olublar.

Hazırda Nazənin Cavadova cinayəti bilib gizlətdiyinə görə saxlanılıb.O,ilkin ifadəsində həyat yoldaşı Rövşənin Elçin Qasımovu qısqanclıq zəmnində qətlə yetirdiyini deyib.

Qeyd edək ki,cinayəti törətməkdə şübhəli bilinən Rövşən Cavadov 1991-1993-cü illərdə Salyan Polisində serjant kimi qulluq edib.1993-cü ildə qanunsuz hərəkətlərinə görə (rüşvət aldığı üçün) işdən çıxarılıb. Sonralar narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhbus həyatı yaşayıb. 

Həyat yoldaşı ali təhsilli hüquqşünas Nazənin Cavadova isə 2007-2010-cu illərdə Salyan Rayon İcra Hakimiyyətində hüquqşünas işləyib.Son 3 ildə isə Salyan rayonunda vəkillik fəaliyyəti ilə məşğul olurdu.

Qeyd edək ki, meyidi tapılmış 26 yaşlı Qasımov Elçin Mirqələm oğlu ötən ilin noyabr ayının 11-dən itgin düşüb. Yaxınlarının virtualaz.org saytının Şirvan bürosuna o zaman verdiyi məlumata görə bir neçə il əvvəl Elçinin hər iki valideyni xəstəlikdən, yeganə qardaşı isə avtomobil qəzasında dünyalarını dəyişdiyindən o, tənha yaşayırmış. Bir müddət ondan bir xəbər olmadığını görən yaxınları Elçinin evinə gedərək bir xəbər tutmaq istəyiblər. Həyət qapısı bağlı olduğundan qohumları hasardan aşaraq evə keçiblər. Bu zaman mənzilin işıqları yanılı , elektrik sobası isə qoşulu olsa da Elçini evdə tapmayıblar. Onun mobil telefonuna isə zəng çatmırmış. Elə o vaxtdan da Elçin Qasımovun nə öldüsünsən,nə də qaldısından bir xəbər yox idi. Amma bu gün məlum olub ki, o, həmin vaxt qətlə yetirilərək meyidi yaşadıqları evin qonşuluğunda basdırılıbmış.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb. İstintaq qətlin baş vermə səbəbləri və hansı şəraitdə baş verməsini araşdırır.

Emil Məmmədov,
Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA