Deputatlarımız Rusiyada parlamentlərarası komissiyanın 9-cu iclasına qatılacaq

img

28-05-2010 [11:30]


Mayın 31-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Respublikası Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 9-cu iclası keçiriləcək. İclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Arif Rəhimzadə, deputatlardan Rövşən Rzayev, Elton Məmmədov, Gülər Əhmədova, Mixail Zabelin, Fərhad Qəribov, Rüfət Quliyev, Sabir Hacıyev, Rüstəm Xəlilov və Fuad Muradov daxildirlər. İclasda Bakıda keçirilmiş 8-ci iclasın qərarlarının yerinə yetirilməsi barədə məlumat dinləniləcək, Azərbaycan ilə Rusiya arasında qanunvericilik, miqrasiya və hüquq-mühafizə sahələrində əməkdaşlıq, hər iki ölkənin normativ hüquqi bazalarının dünya təcrübəsi normalarına uyğun təkmilləşdirilməsi və digər mövzularda müzakirələr aparılacaqdır. Tədbirin sonunda ikitərəfli parlamentlərarası komissiyanın 9-cu iclasının protokolu imzalanacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA