"Ərdoğanın üç məqsədi..." - Politoloqdan şərh

img

28-12-2016 [00:36]


"Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın sensasiya mahiyyətli "ABŞ-ın DAİŞ terrorçu təşkilatına verdiyi dəstəklə bağlı əlimdə ciddi faktlar var” açıqlamasının ən azı üç məqsədi var". 

Mia.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu irəli sürüb. Daha sonra polotoloq bunları bildirib: "Birinci məqsəd onsuz da hər tərəfdən zərbə alan, hətta müttəfiqi İsrailin də tənqidinə məruz qalan ABŞ prezidenti Barak Obamanın yarıtmaz Suriya siyasətini bir daha vurğulamaqdır. Ərdoğanın ikinci məqsədi "beynəlxalq terrorizmlə mübarizə gücləndirilməlidir” deyən yeni prezident Donald Trampla daha məhsuldar əlaqələr qurmaq və onu Vaşinqtonun Suriyada silahlı kürdlərə dəstək siyasətindən imtinaya vadar etməkdir. Və nəhayət Ərdoğanın üçüncü məqsədi Amerika administrasiyasını hədəf götürməklə rusiyalı həmkarı Putinlə işbirliyini gücləndirməkdir. Putin Ərdoğanın son açıqlamasından məmnun qalmamış deyil. Ancaq Amerika ilə kəllə-kəllə siyasəti təhlükəlidir. "Amerika DAİŞ-lə əlbirdir” ciddi ittihamdır, bunu heç rusiyalı rəsmilər dilə gətirmirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA