"Astan çox böyük qəbahət işlədib" - Akif Nağıdan sərt reaksiya

img

26-12-2016 [11:45]


Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı adı gündəmdə olan deputat Astan Şahverdiyevlə bağlı açıqlama verib.

Mia.az xəbər verir ki, QAT sədri deputatın rəhbərlik etdiyi təşkilatın üzvü olması barədə yayılan xəbərə aydınlıq gətirib:

"Məlumat üçün bildirirəm ki, Astan Şahverdiyev 1993-cü ildə Qarabağ Azadlıq Hərəkatının yaradılmasında iştirak edib, bir müddət sonra rəhmətlik Xeqani Hüseynov və mənimlə birlikdə Qarabağ Azadlıq Hərəkatının həmsədri olub.

2003-cü ilə qədər bizimlə bir sırada olub, həmin ildən siyasi fəaliyyətini YAP-da davam etdirib və bizdən uzaqlaşıb. Deputat seçiləndən sonra əlaqəmiz tamamilə kəsilib. Aramızda salam-kəlam olub, duz-çörək kəsmişik, ona görə də artıq söz demək istəmirəm. Astan çox böyük qəbahət işlədib. Özündə cəsarət tapıb, səhvini etiraf etməli, təhqir etdiyi insanlardan üzr istəməlidir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA