25-12-2016 [19:18]
Dekabrın 25-də ölkə müxalifəti bir araya gələrək ölkədəki durumu müzakirə ediblər.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, tədbirdə ondan artq partiya sədri, təmsilçilər, həmçinin siyasi və iqtisadi ekspertlər iştirak ediblər.
Dövlət himni ilə başlanan tədbirdə həmçinin şəhidlərin ruhu da yad edilib.
İlk olaraq çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, tədbir ölkənin vəziyyətinə və müxalifətin atmalı olduğu addımlara həsr edilib:
"Tədbir vəziyyətimiz və vəzifələrimizə həsr olunub. Bu istiqamətdə təkliflər verilməlidir. Bugünkü tədbirdə nail olmağa çalışacağıq ki, müxalifət bir arada olsun, birgə olsun. Bizim üçün bu, çox vacibdir. Azərbaycanın mövcud vəziyyəti bizim vəzifələrimizi müəyyənləşdirib. Mütləq bir olmalıyıq, birlikdə olmalıyıq. Burada çox böyük fayda var, millət üçün də, bizim üçün də... Azərbaycan iqtidarını yürütdüyü siyasət bizi bir araya gəlməyə məcbur edib”.
VİP sədri Əli Əliyev isə deyib ki, xalq bütünlüklə hakimiyyətdən narazı olsa da, etiraz edənlər azdır: "Hələ ki, müxalifət partiyalarının ətrafındakı elektorat etiraz edir. Ona görə də bizim vəzifəmiz cəmiyyəti maarifləndirmək və baş verənləri izah etməkdən ibarətdir”.
Dövlət büdcəsinin azaldığını, manatın ucuzlaşdığını vurğulayan Ə.Əliyev bunun ölkə üçün ciddi və mənfi nəticələrinin olacağını vurğulayıb: "Manat üzməyə buraxılandan sonra vəziyyət daha da pis olacaq”.
İnflyasiyadan danışan VİP sədri əlavə edib ki, hakimiyyətin yaranmış vəziyyətə adekvat heç bir tədbiri mövcud deyil: "Hakimiyyət yaranmış vəziyyətə adekvat addımlar atmır”.
Gedən siyasi məhkəmələrdən danışan Ə.Əliyev qeyd edib ki, hökumət ikili mühasibatlıqla idarə olunub:
"Məsələn, "Rabitə işi" məhkəməsində rəqəmlər səsləndirilib. Oğurluğa vərdiş eləmişlər ölkəni bu durumdan çıxara bilməz. Bu hakimiyyət ölkəni düşdüyü durumdan çıxara bilməz, belə bir gözləntim yoxdur. Bizim siyasi qüvvələrin vəzifəsi davamlı tədbirlər keçirmək və hakimiyyətin əvəzlənməsi üçün lazım olan komandanı formalaşdırmaqdır. Siyasi qüvvələr hazır vəziyyətdə olmalıdırlar”.
İqtisadçı Qadir İbrahimli isə hakimiyyətin qiymət artımı ilə vəziyyətdən çıxmasını doğru olmayan yol adlandırıb:
"Bu, ölkəni yoxsulluğa aparır. Bu siyasətin acı nəticələri 2017-ci ilin əvvəlində özünü sərt şəkildə göstərəcək”.
"Qara bazar"ın məqsədli çəkildə yaradıldığını deyən ekspertin fikrincə, bunun başında Mərkəzi Bank durur. O, enerji daşıyıcılarının qimyət artımının iqtisadi əsası olmayan bir qərar olduğunu vurğulayıb. O, çıxış yolu kimi bildirib ki, hakimiyyət komandasını yeniləməli, iqtisadi fəlakətdən çıxmaq üçün yeni iqtisadi komanda formalaşdırmalıdır.
AXP sədri Pənah Hüseyn isə deyib ki, hakimiyyətin islahat vasitəsi ilə vəziyyətdən çıxmaq zamanı buraxılıb: "Ölkə açıq-aydın fəlakətə doğru gedir. Bu fəlakətdən çıxış yolu birdir, hakimiyyət dəyişməlidir. Nə qədər bu hakimiyyət var, bu siyasət yürüdülür, vəziyyət daha da pisləşəcək. Azərbaycanın siyasi müxalifəti bu mövqedən çıxış etməlidir. Mümkün qədər tez hakimiyyətin siyasi səhnədən getməsinə nail olmaq lazımdır”.
Sonda bu tipli tədbirlərin davamlı olmasının vacibliyi vurğulanıb.




"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ