Putin İlham Əliyevə zəng etdi - Təbrik və strateji münasibətlərin müzakirəsi

img

24-12-2016 [13:13]


Bu gün Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bilidirilir ki, V. Putin dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
 
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
 
Prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
 
Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək inkişafının müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA