Sankt-Peterburqda 28 yaşlı azərbaycanlını oğurladılar - 1 milyonluq tələb

img

23-12-2016 [14:31]


Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı Azərbaycan vətəndaşı polisə müraciət edərək bildirib ki, tanımadığı şəxslər onu oğurlayıb və buraxılması üçün 1 milyon rubl tələb ediblər.

Həmin şəxsin bildirdiyinə görə, Peterburqa tanışının yanına özünün "Lada Priora” avtomobilində gəlib, ancaq görüş zamanı onu zorla "Porshe Cayanne” avtomobilinə mindiriblər. 

Yaxşı tanımadığı üç nəfər onu avtomobildə şəhərdə dolaşdırıb və 1 milyon rubl tələb edib. Lakin Tipanov küçəsində azərbaycanlı maşından düşərək qaçmağa müvəffəq olub. Bununla belə o, sifətindən və boynundan bıçaq yaraları alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, hazırda polis "Porshe Cayanne” avtomobilini və azərbaycanlını oğurlayanları axtarır.

Virtualaz.org 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA