Röya səhnəyə vampir qiyafəsində çıxacaq

img

26-05-2010 [06:58]


Sevilən müğənni Röya jurnalistləri bir araya toplayaraq, onlara iyunun 14-də "Yaşıl Teatr"da verəcəyi solo-konsert proqramı haqda ətraflı məlumat verdi. Müstəqil İnformasiya Agentiliyinin məlumatına görə, bu dəfə konsertin təşəbbüsçüsü Röya deyil, "Evrostayl" şirkətidir: "Mənə qalsa, bir qədər dincələrdim, çünki bölgə konsertlərindən yeni qayıtmışam. Amma bu konsertdə bütün işləri təşkilatçılar görəcək deyə, razılıq verdim. İnşallah, ad günümdə hamınızı "Yaşıl Teatr"da gözləyəcəyəm. Tamaşaçılara çoxsaylı sürprizlərim olacaq, buna görə konserti də "Sürpriz" adlandırdıq. Bu konsert əvvəlkilərdən çox fərqlənəcək. Adi çərçivələrdən çıxmağa çalışacağam - həm yeni mahnılarımla, həm də ki, performansımla. Tamaşaçıları yerindən tərpətməyə çalışacağam. Əminəm buna nail olacağam, çünki səhnəyə vampir qiyafəsində çıxacağam". Müğənni həm də deyib ki, səhnədə kişi olmayacaq, tamaşaçılar ancaq gözəl qadınları görə biləcəklər. "Mən həm rəqs qrupunu, həm də duet tərəfdaşımı nəzərdə tuturam. Oğlum Hüseyn üçün də məxsusi olaraq 2 yeni mahnı hazırlamışam. O da tamaşaçılar arasında olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA