23-12-2016 [11:48]
"Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı versiyaların sayı getdikcə artır. Həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərində üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək idi".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir: ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ. Buna görə də "Rusiya səfirinin qətli kimlərin maraqlarına uyğun idi” sualı aktuallığını itirmir, "maraqlı tərəf” axtarışı davam edir:
"Diqqət yenə də Fətullah Gülənin üzərində çəmləşib. Türkiyə prezident Rəcəb Təyyub Ərdoğan səfiri öldürən polisin məhz Gülən şəbəkəsinə aid olduğunu bildirib. Belə olan halda ABŞ-la bağlı müəyyən şübhələr səsləndirilir. Çünki, Güləni mühafizə edən Amerikadır. Ancaq ABŞ-dakı dairələrin bu qətllə əlaqəli olması versiyası inandırıcı deyil.
Səfirin öldürülməsi təyyarə olayında olduğu kimi, Rusiya-Türkiyə mənfi təsir etmədi, tam əksinə, Ankara Suriya məsələsində Moskva ilə anlaşdı. Rusiya da səfirinin qətlinə soyuqqanlı yanaşdı, Türkiyəni ittiham etmədi. Çünki, hazırki geosiyasi vəziyyətdə Moskva Ankaranı yanında görmək istəyir. Qətldən bir gün sonra Moskvada Türkiyənin xarici işlər və müdafiə naziri ilə çox konstruktiv dialoq aparıldı".
Politoloqun sözlərinə görə, Rusiya-Türkiyə yaxınlaşması Vaşinqtonun maraqlarına cavab vermir: "Əlbəttə, səfirin qətlindən sonra bu yaxınlaşmanın daha da güclənəcəyini Amerikadakı mərkəzlər proqnozlaşdıra bilərdilər. Bu baxımdan da ABŞ-dakı mərkəzlər Rusiya səfirinin qətlində maraqlı ola bilməzdilər".
Ekspert deyir ki, Türkiyə müxtəlif təhlükələrlə üz-üzədir, PKK, YPG, PYD, DAİŞ, Gülən şəbəkəsi – bunların hamısı Türkiyəni hədəf alıb:
Elxan ŞAHİNOĞLU
"Ona görə də Türkiyəyə çətindir və hər gün bu ölkədə partlayış və terror aksiyası baş verir, üstəgəl Türkiyə ordusu Suriya ərazisində terrorçularla şiddətli döyüşlərdə iştirak edir. Rusiyanın özü də Suriyaya hərbi müdaxilədən sonra beynəlxalq terrorçuların hədəfi halına gəlib. Son aylarda Moskva və Sankt-Peterburqda Mərkəzi Asiya mənşəli bir neçə qrup terrorçu zərərsizləşdirildi ki, DAİŞ-ə itaət edən bu qüvvələr Rusiyanın böyük şəhərlərində terror planlaşdırırdılar.
Rusiya səfirinin qətlindən sonra DAİŞ bir neçə ölkədə, o cümlədən Rusiyanın Azərbaycandakı səfirliyini hədəf aldığını açıqladı. DAİŞ-in bu "tapşırığı” yerinə yetirmək üçün Bakıya xüsusi dəstə və şəxs göndərməsi problematikdir.
Ancaq DAİŞ-in nəsə etmək üçün harasa terrorçu göndərməsi də vacib deyil. Həmin dövlətlərdə verilən tapşırğı yerinə yetirməyi arzulayan şəxs və ya şəxslər də tapıla bilər. Fransa və Almaniyadakı baş verən son terror aksiyaları da bundan xəbər verir. Bir sıra hallarda terror aksiyalarını planlaşdıran şəxs və şəxslər nə Suriya və İraqda olub, nə DAİŞ-lə birbaşa əlaqəsi var, təşkilata olan rəğbət hissi və "yuxarından verilmiş əmr” onu və ya onları cinayətə sürükləyir. Belələrin bu haqda düşünməyə başlamaları belə qorxunca terror planının hərəkətə gətirilməsi deməkdir".
Politoloq bildirir ki, DAİŞ də məhz uzaq məsafələrdə beyinlərdə cızılan planlara arxayındır:
"Biz bütün bunları nəzərə almalıyıq.
Birincisi, Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirmək və mümkün təhlükənin hardan gələ biləcəyini müəyyənləşdirmək lazımdır.
İkincisi, əhalinin diqqətli olmasıdır, vətəndaşlar şübhə dorğuran hallar haqqında dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidirlər.
Üçüncüsü, keçmiş illərdə Azərbaycan vətəndaşlarının Suriya və İraqda savaşa yollanması səbəbləri diqqətlə araşdırmalıdır.
Müxtəlif ölkələrdə fərqli qruplar var ki, onlar dünyəvi Azərbaycanın daxili və xarici siyasətindən narazıdırlar və Azərbaycanı içəridən qarışdırmaq üçün istənilən plan tərtib edə bilərlər.
Məsələn, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri bir çox radikal islamçı qrupun və onların dəstəkçilərinin xoşuna gəlmədi. Ona görə də mümkün narazı qrupların Azərbaycana müdaxilə imkanlarını neytrallaşdırması məsələsi aktuallaşır".
Mia.az
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ