22-12-2016 [22:00]
Dekabrın 18-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşadığı yataqxanada oğlu tərəfindən qətlə yetirilən 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızının valideynləri hadisəylə bağlı yeni iddialar səsləndiriblər.
Mia.az lent.az-a istinadən məlumatına görə, oğlu tərəfindən güllələnərək öldürülən M.Qurbanovanın atası Nurəddin Qurbanov bildirib ki, qızı Eldar Əliyevlə evli olduğu müddətdə daim əziyyət çəkib: "Biz bu işin belə qalmasına imkan verməyəcəyik. Qızım 20 il idi, zülm çəkirdi. Bu illəri dözdük. Axırda da belə bir vəziyyətə gətirib çıxardılar. Düşmən düşmənə bunu etməzdi. Yuxuda olarkən tüfəngi başına dirəyib atəş açıb. Heç bir yerdə qadına qarşı belə şey görülməyib”.

Mərhumun anası Elmira Qurbanova isə bildirib ki, qızının ailəsində daim problemlər olub:"Mənim nər kimi balamı onlar qətlə yetirib. Yoldaşının ayıq olduğu gün olmurdu. Həmişə içirdi, ailəyə baxmırdı. Neçə dəfə qızımı bıçaqlamışdılar da. Amma Mədinə gizlədirdi, hər dəfə nəyəsə görə ehtiyatsızlıqdan xəsarət aldığını deyirdi. Artıq təngə gəlmişdi, məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Bu ayın 19-u məhkəmə olacaqdı. Amma bir gün qabaq, yəni ayın 18-i öldürdülər. Gör, onların necə sirri, necə bir zibil işi olub ki, qızı boşanmağa imkan vermədən öldürdülər. Həm də qızım bacısına deyibmiş ki, məktublar yazmışam, şkafa qoymuşam. Əgər mənə nə isə olsa, bilin ki, məni öldürüblər. Həm də hadisəni gizlətməyə çalışırdılar. Lap mənim balam tərbiyəsiz idi, əxlaqsız idi, buraxardınız gəlsin mənim yanıma. Mən onu gözümün içində saxlayacaqdım. Neçə dəfə polisə zəng edilib, amma gəlmirdilər. Mən istəyirəm, tələb edirəm ki, qızımın üstündən o söz götürülsün. Çünki mənim qızım qeyrətli qadın olub. İstəyirəm ki, bu işi təşkil edənlər - uşağın atası da, babası da tutulsun”.

Oğlu tərəfindən qətlə yetirilən qadının qardaşı Elməddin Qurbanov da valideynlərinin dediklərini təsdiqləyib və bu cinayətin tək bacısı oğlu Maarif Əliyev tərəfindən törədilmədiyini deyib: "Orda qurğu qurulub. Bacıma da, uşaqlarına da yəqin, nə isə içirdiblər ki, onlar hələ axşam saat 8-9-da yuxuya gedib. O vaxt kim yuxuya gedər ki?!. Əgər elə bir hal var idisə, Mədinənin binamusluğunu görmüşdülərsə, gəlib bizə deyərdilər, biz özümüz tədbir görərdik”.
Hadisənin şahidi olan ailənin böyük övladı, mərhum M.Qurbanovanın böyük qızı Fatimə Əliyeva da hadisənin əvvəlcədən planlaşdırıldığını iddia edib: "Hadisədən bir gün əvvəl atamla anam dalaşmışdı. Anam çıxıb getmək istəyirdi, atam qolundan tutub kresloya atdı. Yenə durub qaçmaq istəyəndə də imkan vermədi. Səhəri gün hər şey normal idi. Qardaşımla babam nə isə danışırdılar. Qardaşım dedi ki, zəhər versək ölməyə bilər, həkimlər mədəsini yuyub sağaldacaqlar. Sonra dedi, "bıçaqlamağa da qorxuram ki, qan görərəm, tüfəngi nə vaxt verə bilərsən?”. Amma söhbətin dəqiq nədən getdiyini həmin vaxt bilmirdim. Nəyin baş verəcəyini, nə planlaşdırıldığını bilmirdim. Həm də həmin gün qardaşım ancaq gülürdü, səhərdən həmin hadisəyədək ancaq gülürdü”.
Fatimə hadisəni belə nəql edib: "Hadisə vaxtına gəlincə, anamla kiçik bacım divanda yatmışdılar. Bacımı ayağının altında uzandırmışdı, özü də yuxuya getmişdi. Anama dedim ki, dur get, razı olmadı, mən də kresloda oturduğum yerdə yuxuya getmişəm. Qardaşım kresloda oturmuşdu, babam da həmin otaqda uzanmışdı. Bir də yuxudan ayılanda gördüm kimsə qapıdan qaçdı. Anama baxdım elə bildim yatıb, yerdə də tüfəng vardı. Bir də baxanda gördüm hər tərəf qandı, qışqırıb qaçdım”.
Söhbətə müdaxilə edən Elmira Qurbanova: "Hadisədən 2-3 gün əvvəl Mədinənin kiçik oğluna babası silahını təmizlətdirib yağlatdırıb. Çünki istəmirmiş silahda öz əlinin izi qalsın. Bu hadisəni uşaq özbaşına törətməyib. Onu kim başa salıbsa, silahı kim veribsə, hamısının cəzalandırılmasını tələb edirəm”.
Qeyd edək ki, dekabrın 18-də Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü Mədinə Qurbanovanın oğlu 16 yaşlı Maarif Əliyev tərəfindən güllələnərək qətlə yetirilməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır. Hadisəni törətmiş M.Əliyev həbs edilib.

DÇ-2026: Türkiyə millisi qalib gəldi
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL