"Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı..." - Putindən İlham Əliyevə yubiley məktubu

img

22-12-2016 [18:04]


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Mia.az həmin təbrik məktubunu təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz.

Rusiyada Sizi ölkəmizin etibarlı dostu, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanıyırlar.

Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv ünsiyyətin və səmərəli birgə işin davam edəcəyinə ümidvar olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA