?Xəzər Lənkəran? 3 futbolçuyla yollarını ayırdı

img

26-05-2010 [05:42]


2009-2010-cu il mövsümündə titulsuz qalan ?Xəzər Lənkəran? klubu 3 futbolçu ilə yollarını ayırıb. Qol.Az-ın xəbərinə görə, bu haqda Lent.az-a cənub klubunun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Onun sözlərinə görə, həmin oyunçular çexiyalı müdafiəçi Tomaş İneman və estoniyalı Tixon Şişov, eləcə də moldovalı hücumçu Denis Kalinkovdur. Hər üç futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Nadirov baş məşqçi Ağasəlim Mircavadovun raportuna əsasən, bu addımı atdıqlarını bildirib. Qeyd edək ki, 29 yaşlı Tomaş İnemanla 25 yaşlı Denis Kalinkov ?Xəzər Lənkəran?a 2009-cu ilin yayında, 27 yaşlı Tixon Şişov isə 2010-cu ilin yanvarında qoşulub. Kalinkov Moldova, Şişov isə Estoniya yığmasının üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA