Ruhani İrəvanda Qarabağdan danışdı, 5 mühüm sənəd imzaladı - Əməkdaşlıq mesajı (FOTO)

img

22-12-2016 [12:20]


Ermənistanda rəsmi səfərdə olmuş İran prezidenti enerji sənayesində rəsmi Yerevanla əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Mia.az İran KİV-lərinə istinadla xəbər verir ki, danışıqlarda prezident Həsən Ruhani Ermənistana qaz ixracından başqa, nəqliyyat sahəsində də əməkdaşlıq üçün əlverişli zəmin olduğunu vurğulayıb.

Prezident H.Ruhani Dağlıq Qarabağ bölgəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında münaqişənin həlli üçün danışıqların vacibliyini qeyd edib.

Ermənistanın prezidenti ölkəsinin İranla əlaqələrin genişləndirilməsində heç bir maneə görmədiyini deyib.

Serj Sarkisyan Yerevan enerji, nəqliyyat və bank sektorlarında İranla əməkdaşlığı artırmaq istədiyini bildirib.

Görüşdən sonra iki tərəfin rəsmiləri Ermənistanın Meğri və İranın Norduz sahələrini birləşdirən ortaq sərhəd keçidinin istifadəsi haqqında sazişlə birgə beş sənəd imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA