Milli Məclisin 2016-cı ildə son iclasının tarixi və gündəliyi açıqlanıb

img

22-12-2016 [11:22]


Azərbaycan Milli Məclisinin 2016-cı ildə-payız sessiyasında son iclası dekabrın 30-da keçiriləcək.

Milli Məclisdən verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir.Bunlar vergi ödəyicilərinin 2017-ci il yanvarın 1-ə qədər olan vergi borclarının ləğvi barədə layihə, İnzibati Xətalar, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrinə, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, "İcra haqqında”, "Büdcə sistemi haqqında”, "Notariat haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik GÜnü ilə bağlı Milli Məclisin müraciətinin təsdiq edilməsidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA