AVCiYA parlament seçkiləri ilə bağlı fəaliyyət proqramını açıqlayıb

img

26-05-2010 [03:15]


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu il noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı fəaliyyət proqramını açıqlayıb. Bununla bağlı mayın 26-da keçirilən mətbuat konfransında cəmiyyətin vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, proqramın hazırlanmasında əsas məqsəd ölkədə vətəndaş cəmiyyətinin inkişafına yardım etməkdir. Vətəndaş cəmiyyəti azad və ədalətli seçkilər keçirilən ölkələrdə mövcuddur. Azərbaycanda isə seçkilərin yüksək səviyyədə təşkil edilməsi göz qarşısındadır və builki seçkilərin də azad, şəffaf və demokratik keçəcəyinə heç bir şübhə yoxdur. Məlumat verilib ki, parlament seçkilərinə hazırlıq çərçivəsində seminarlar, müşahidəçilər üçün treninqlər, monitorinqlər keçiriləcək. Fəaliyyət proqramında regional ofislərin işinin parlament seçkilərinə uyğunlaşdırılması, seçkiqabağı kampaniyanın KİV-lərdə işıqlandırılmasının və seçkiqabağı vəziyyətin monitorinqləri, aralıq hesabatın hazırlanması və digər işlərin həyata keçirilməsi də nəzərdə tutulub. Seçki günü müşahidəçilərlə seçki qərargahı arasında operatorlar vasitəsilə mütəmadi əlaqə yaradılacaq, seçki fəallığının vəziyyəti və s. ilə bağlı məlumatlar gün ərzində beş dəfə toplanaraq ictimaiyyətə açıqlanacaqdır. Bundan başqa, ATƏT, Avropa Şurası və seçkilərlə məşğul olan digər beynəlxalq təşkilatların Bakı ofisləri ilə əlaqələrin yaradılması və əməkdaşlığın təşkili də fəaliyyət proqramına daxildir. Seçkilərlə əlaqədar müşahidəçilər üçün davranış qaydalarının əks olunduğu yaddaş kitabçalarının nəşri də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA