Bakıda Türkiyəli diplomatın 15 yaşlı qızı intihar etdi - Yenilənib

img

21-12-2016 [10:14]


On beş yaşlı Türkiyə vətəndaşı, ötən gün axşam saat 19.20 radələrində Bakının Nəsimi rayonunda özünə qəsd etdiyi billdirilən qızla bağlı yeni iddia var.

 Bu barədə Sputnik-ə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 2001-ci il təvəllüdlü Şəvval Ummuxan Arslan qızı Günlər, özünü Sarabski küçəsindəki 16 saylı, 14 mərtəbəli evin 10-cu mərtəbəsinin pəncərəsindən atıb. 

Araşdırma zamanı məlum olub ki, qız Türkiyənin Azərbaycandakı səfirliyinin gömrük rejiminə cavabdeh müşaviri Arslan Əzmi Günlərin qızıdır.

Bu intihar faktı ilə bağlı əvvəlcə başqa versiya səslənsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları qızın bədbəxt hadisənin qurbanı olduğunu düşünürlər. 

Hadisə yerinə baxış keçirən hüquq mühafizəçiləri deyiblər: 

"Biz hadisənin baş verdiyi yerə — uşaq otağına baxış keçirdik. Qızın yıxıldığı pəncərə ilə döşəmə arasındakı məsafə çox qısadır və pəncərə şəhərin mərkəzi hissəsinə açılır. Ehtimal edilir ki, qız Bakı gecəsinin işıqlarına tamaşa etmək üçün pəncərədən bayıra baxırmış və bu vaxt müvazinətini saxlaya bilməyərək yerə düşüb. Həmin otağın döşəməsi sürüşkəndir, Şəvval Ummuxan isə həmin vaxt corabda olub". 

Türkiyə vətəndaşının ailəsi qızı intellektual kimi xarakterizə edib. O, dərslərini yaxşı oxuyurmuş və valideynləri ilə çox isti münasibəti varmış. Buna görə də, valideynləri heç cür anlaya bilmirlər ki, yeniyetməni intihara nə vadar edə bilərdi. Hadisənin baş verdiyi yerdə qızın bu hərəkətini izah edə biləcək heç nə tapılmayıb. 

Qeyd edək ki, Azərbaycan mediasında yayılan ilkin versiyaya görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb. O isə valideynlərinin tənbehindən qorxaraq özünə qəsd edib.

****

Bakıda intihar edən 15 yaşlı Güllər Şəvval Türkiyənin Azərbaycandakı səfirliyində işləyən diplomatın qızı imiş. 

Mia.az "qafqazinfo"ya istinadən xəbər verir ki, intihar edən qızın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində işləyir. O, səfirin gömrük işləri üzrə müşaviridir.

****

Bakıda intihar olub. APA-nın məlumatına görə, hadisə rayonun Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.

İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb.

Onun bu səbəbdən intihar etdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA