Səbaildə 28 May ? Respublika Gününə həsr olunmuz ədəbi-bədii tədbir keçirilib

img

26-05-2010 [02:39]


Paytaxtın Səbail rayonunun tanınmış təhsil ocaqlarından olan 190 nömrəli orta məktəbdə Azərbaycanın milli təhlükəsizlik orqanları veteranları və gənclərin nümayəndələrinin iştirakı ilə 28 May ? Respublika Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Bayramsayağı bəzədilmiş akt zalında keçirilən tədbiri məktəbin direktoru, Əməkdar Müəllim Afət Bakıxanova açaraq qonaqları salamlamış və onları 189 və 190 nömrəli məktəblərin şagirdlərinə təqdim edib. A.Bakıxanova bildirib ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Yaradılmasından 23 ay keçəndən sonra - 1920-ci il aprelin 28-də rus-bolşevik ordusu tərəfindən müstəqil Azərbaycan dövlətinin fəaliyyətinə son qoyulmuşdur. Yalnız 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan etmiş və dövlət müstəqilliyimiz yenidən bərpa olunub. Tədbirdə çıxış edən milli təhlükəsizlik orqanlarının veteranları, istefada olan polkovniklər Şirin Hacıkərimov və Arif Zeynalov, Səbail Rayon Veteranlar Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Babək Budaqlı XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın yaranmasını böyük tarixi hadisə kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq nəhəng işlər görmüş, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində Respublika Günü kimi qeyd olunmasında, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayan tədbir iştirakçıları bildirmişlər ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan dövlətinin öz sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan etmişdir. Veteranlar məktəblilərə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil dövlətimizin layiqli vətəndaşları olmalarını arzulamış və bunun üçün yaxşı oxumalarını tövsiyə etmişlər. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, veteranlar məktəbin xatirə kitabına öz ürək sözlərini yazmışlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA