Borçalı Cəmiyyəti zair Abbas Abdullanın 70 illil yubileyni keçirib

img

12-05-2010 [03:54]


?Borçalı? İctimai Cəmiyyətinin ofisində böyük şair Abbas Abdullanın 70 illiyi münasibəti ilə düzənlənmiş yubileydə ?Borçalı? İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, İdarə Heyətinin üzvləri, ziyalılar, ağsaqqalar və digər şəxslər iştirak edirdilər. Cəmiyyətin sədri Zəlimxan Məmmədli şair Abbas Abdullanın fəaliyyətləri, Borçalı üçün gördüyü işlər haqda danışdı və ona ?Borçalı? İctimai Cəmiyyətinə məxsus xalçanı və təbrik açıqcasını hədiyyə etdi. Yubileydə, həmçinin, İdarə Heyətinin üzvləri və Borçalıdan və digər bölgələrdən olan ziyalılar Elxan Məmmdli, Akif Bayramov, Mədəd Çobanov, Eyvaz Borçalı, Hidayət Nuriyev, Ədilxan Abdullayev, Vəli Osmanlı, Şəmistan Əlizamanlı, Kamil Məhərrəmli, Səadət Buta və digər qonaqlar iştirak edirdi. Onlar da öz çıxışlarında Abbas Abdulla ilə bağlı danışdılar, getdikləri yol haqda məlumat verdilər. 13 may 2010-cu il tarixdə Aşıq Məhəmməd Sadaxlının 80 illik yubileyi ?Borçalı? İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və nümayəndə heyəti, tərkibdə ?Borçalı? İctimai Cəmiyyətinin İdarə Heyətinin üzvləri Elxan Məmmədli, Ramiz Həsənov və Səadət Buta 12 may 2010-cu il tarixdə Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində 13 may 2010-cu il tarixdə keçiriləcək Aşıq Məhəmməd Sadaxlının 80 illik yubileyi münasibəti ilə Gürcüstana səfər etmişlər. 15 may 2010-cu il tarixdə Gürcüstan Gənclərinin Qurultayı 15 may 2010-cu il tarixdə ?Borçalı? İctimai Cəmiyyətinin sədri, eyni tərkibdə və ?Borçalı? Cəmiyyətinin Gənclər Təşkilatının nümayəndələri Marneuli rayon Mədəniyyət Mərkəzinin keçirəcəyi ?Gürcüstan Gənclərinin Qurultayı? tədbirində iştirak edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA