ALP səfirin qətlini pislədi - Bəyanat

img

20-12-2016 [21:25]


"Qardaş Türkiyənin düşmənləri Ankarada yeni terror aktı törətmişlər - Rusiya Federasiyasının Türkiyə Cümhuriyyətindəki səfiri Andrey Karlov güllələnərək, öldürülmüşdür. Azərbaycan Liberal Partiyası bu terroru qətiyyətlə pisləyir".

Mia.az xəbər verir ki, bu fikirlər ALP-nin bəyanatında yer alıb. 

ALP hesab edir ki, bu terror Türkiyənin gücünün artmasını, onun zəifləməsinə çalışanların əməlidir: 

"Bu cür amansızlıqlarla Türkiyəni dayandırmaq artıq mümkün deyil. ALP hesab edir ki, qüdrətli Türkiyə Cümhuriyyəti heç nəyə baxmayaraq, inkişaf edəcək, regionda və dünyada öz nüfuzunu, təsirini daha da artıracaq. ALP səfir Andrey Karlovun ailə üzvlərinə və yaxınlarına, prezident V.V. Putinə və R.T. Ərdoğana, onların timsalında Rusiya və Türkiyə dövlətlərinə, rusiyalılara və türk xalqına dərin hüznlə başsağlığğı verir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA