Azərbaycanın 6 partiyası qətli pislədi - Toplantı

img

20-12-2016 [21:29]


Bu gün ADP, Azadlıq, AXP, AQ Parti, KXCP, VİP sədrlərinin toplantısı olub.

KXCP-dən Mia.az-a verilən məlumata görə, toplantıda Türkiyədə Rusiya səfirinin ölümü ilə nəticələnən sui – qəsd aktını Türkiyəyə və region  ölkələrinə təxribat aktı kimi dəyərləndirib və pisləyiblər. 

Toplantıda habelə Avropa təşkilatlarında Azərbaycan adına korrupsiya faktları barədə ortaya atılan məsələlərin diqqətlə araşdırılmasını,  təqsirkarların cəzalandırılmasını və belə halların ardan qaldırılması üçün tədbirlər görülməsini tələb ediblər. 

Əksər hallarda Azərbaycanda demokratiya problemləri ilə bağlı Avropa qurumlarının iqtidar üçün arzu olunmayan qərarlarının   qarşısını almaq məqsədi ilə həyata keçirilən bu korrupsiya fəaliyyətlərinin nəticə etibarı ilə  ölkənin ümumi imicini ləkələdiyini və beləliklə strateji maraqlarımıza  ciddi zərər vurmasına diqqət cəlb edilib.

Partiya sədrləri 25 dekabr  2016- cı il tarixində, saat 13- 00 da  ADP qərargahında "Azərbaycan 2017. Müxalifətin vəzifələri və problemləri” mövzusunda keçiriləcək toplantıya hazırlıqla bağlı qərarlar qəbul ediblər.   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA