"MDB liderləri öz nüfuzları ilə Qarabağ probleminin həllinə yardım edirlər" - Rusiyanın Azərbaycandakı səfiri

img

20-12-2016 [17:40]


"MDB ölkələrinin liderləri nüfuzları vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə çalışırlar".

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə açıqlamasında deyib.

"Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Həmsədrlərdən yalnız bir ölkə - Rusiya MDB-də təmsil olunur. Odur ki, vasitəçilər beynəlxalq səviyyəlidir, MDB-də isə bu münaqişə barədə bilirlər" - səfir söyləyib.

Onun sözlərinə görə, Belarus, Qazaxıstan və digər MDB ölkələrinin liderlərinin mövqeyi elədir ki, onlar nüfuzları, təsir dairələri ilə münaqişənin həlli üçün çalışırlar.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA