Prokuror Binəqədidə yanan binaya görə rekord cəza istədi - 54 il

img

20-12-2016 [15:36]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə cəza istənilib.

Dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək yanan binanı üzləyən şirkətin təsisçisi Miryusif Mahmudovun 10 il, direktoru Uğur Bəşirovun 8 il, müavin Ələkbər Əsgərov, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbovun hər birinin 7 il, ”JEK” müdiri Nizami Orucov, "Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyovun hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə prosesi dekabrın 29-da davam etdiriləcək.

Qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA