Abbas Bağırov vergi borcunu ödədi

img

20-12-2016 [12:26]


Əməkdar artist Abbas Bağırov vergi borcunu ödəyib.

Axşam.az-ın məlumatına görə, müğənni bununla bağlı "10-dan sonra” verilişində danışıb.

O deyib ki, vergiyə borcun yaranması normal haldır: "Şayiə yayıldı ki, guya bu səbəbdən ölkədən gedirəm. Dövlətə olan borcumdur. Bunu ödəmək də mənim boynuma düşür. Bunla bağlı problem artıq öz həllini tapıb. Qanun hamı, eləcə də mənim üçün qanundur. Başqa yerə yozmaq lazım deyil. Harasa getsəm, müvəqqəti gedərəm. Azərbaycanda doğuldum, boya-başa çatdım, dostlar tapdım. Çox ölkələr gəzmişəm, Azərbaycanım kimisi yoxdur".

Xatırladaq ki, Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlamışdı. Siyahıda A.Bağırovun da adı var idi. Nazirlik vergi ödəmədiyi üçün müğənnini 30 min manat dəyərində cərimələmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR