"Bu dəhşətli hadisədən çox hiddətlənirik" - Zakir Həsənovdan türk həmkarına mesaj

img

17-12-2016 [18:09]


Müdafiə naziri Zakir Həsənov Türkiyənin Kayseri şəhərində hərbi qulluqçuları daşıyan avtobusun partladılması nəticəsində həlak olan və yaralananlarla bağlı Türkiyə milli müdafiə naziri Fikri İşıka və Baş Qərargah rəisi Hulusi Akara başsağlığı ünvanlayıb.

Mia.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, z. Həsənov qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbərin onu dərindən kədərləndirdiyini bildirib.

Müdafiə naziri qeyd edib ki, bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik: "Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. 

Allah rəhmət eləsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA