Gömrükdə "fişəng əməliyyat"ı keçirildi - Komitə rəsmi məlumat yaydı

img

17-12-2016 [15:47]


9 min 200 ədəd pirotexniki vasitələr aşkar olunub.

Dövlət Gömrük Komitəsindən mia.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycana gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə "Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 9 min 200 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA