"Bu rüsumlar dövlətin büdcəsinə daxil olmur, ciblərə gedir" - Deputatdan sərt reaksiya

img

17-12-2016 [13:29]


Millət vəkili Fəzail Ağamalı "Sədərək” və "Binə” ticarət mərkəzlərinin ərazisində maşınların park edilməsi probleminə toxunub.

Bununla bağlı Milli Məclisdə çıxış edən deputat qeyd edib ki, Bakı şəhərində, o cümlədən ölkənin mərkəzi şəhər və rayonlarında parklanma sistemində xoşagəlməz hallar yaşanır: "Azərbaycanda ən böyük və kütləvi ticarət mərkəzləri "Sədərək” və "Binə” dir. Onların ərazisinə gündə minlərlə maşın daxil olur. Maşının ərazidə neçə dəqiqə qalmasından asılı olmayaraq çıxanda hökmən rüsum ödənilir. Rüsumun da miqdarı dəyişir, konkret tarif də yoxdur. Mən müvafiq qurumlara bununla bağlı sual ünvanlayanda bəlli oldu ki, əslində, bu rüsumlar dövlətin büdcəsinə daxil olmur, ciblərə gedir. Düşünürəm ki, qanuna edilən yeni dəyişikliklər bu qədər vəsaitin dövlət büdcəsinə daxil olunmasını təmin edəcək”.

Millət vəkili həmçinin orta məktəblərin qarşısında maşınların 10 dəqiqəyə qədər qalmasına icazə verilməməsinin narahatlığa səbəb olduğunu diqqətə çatdırıb: "Valideyn, ya baba maşınla uşağı məktəbə qoyarkən istər-istəməz onu 10 dəqiqə müddətində məktəbə ötürməli olur. Ancaq qayıdanda məlum olur ki, maşın məktəbin qarşısında qanunsuz saxlanılıb və evakuatorlar tərəfindən götürülərək cərimə meydançasına aparılıb. Yaxşı olardı ki, məktəblərin önündə maşınların saxlanması üçün 15 dəqiqəlik imkan yaradılsın ki, o maşınlar əsassız cərimələrə cəlb edilməsin”.
qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA