17-12-2016 [10:47]
Dekabrın 16-da Bakıya səfərini başa çatdırdıqdan sonra vətəninə qayıdan Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub.
Mia.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər rəsmilər Həştərxan şəhərində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Təməlqoyma mərasimindən əvvəl qubernator Aleksandr Jilkinin Əli Həsənovla görüşündə Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.Görüşdə həyata keçirilən bir sıra birgə layihələrdən danışılıb. Məhsuldar əməkdaşlığın daha bir nümunəsi kimi Azərbaycan Biznes Mərkəzinin tikintisinin əhəmiyyəti vurğulanıb.
Təməlqoyma mərasimində çıxış edən Aleksandr Jilkin bildirib ki, bu gün, ciddi böhran dövründə, bizim ölkələrimizin qarşılıqlı faydalı şərtlərlə inteqrasiyasına imkan verən yeni iqtisadi layihələrə ehtiyac duyulur:
Bir ildən az müddətə bu yerdə ölkələrimizin iş adamlarının biznes fəaliyyətinin inkişafına təkan verilməsinə və yeni layihələrin həyata keçirilməsinə təkan verəcək Azərbaycan İş Mərkəzi inşa olunacaq".
Təməlqoyma mərasimində çıxış edən Əli Həsənov xatırladıb ki, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin tikintisinə dair saziş noyabrın əvvəlində Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda imzalanıb. Mərkəzin yaradılmasının təşəbbüskarı Həştərxan ilə çox sıx və səmimi əlaqələr qurmuş Heydər Əliyev Fondudur:
"Bu mərkəzdə biz Rusiya bazarına çıxaracağımız məhsulları təşviq etməyi planlaşdırırıq. Bu məsələdə maraqlı olan Rusiya şirkətlərinin ölkəmizdə konkret təchizatçılar ilə uzunmüddətli müqavilələr imzalamaq imkanı olacaq. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək. Yeni obyektin tikintisi Həştərxan quberniyasının 300 illiyinə bizim töhfəmiz və səmimi dostluq münasibətlərimizin sübutu olacaq”.
Sonra Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub.
Qubernator Aleksandr Jilkin və Prezidentin köməkçisi Əli Həsənov gilizi bünövrəyə buraxıblar.




Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ