AFFA hörmətsizlik edən ?Xəzər Lənkəran?ı cəzalandırdı

img

25-05-2010 [01:21]


AFFA-nın inzibati binasında qurumun İntizam Komitəsinin növbəti iclası keçirilib. Müzakirə olunan əsas qarşılaşma mayın 23-də Respubluka stadionunda keçirilən ?Bakı? və ?Xəzər Lənkəran? arasında oynanılan ölkə kuboku uğrunda final matçı olub. İclasda AFFA və PFL ?Xəzər Lənkəran? klubunun futbolçularının oyundan sonra təltifetmə mərasiminə qatılmamalarını azarkeş və rəqibə hörmətsizlik kimi qiymətləndiriblər. ?Xəzər Lənkəran? bu hərəkətinə görə İntizam Komitəsi tərəfindən 5000 manat cərimələnib. Xatırladaq ki, ölkə kubokunun final qarşılaşmasında ?Bakı? əlavə vaxtda ?Xəzər Lənkəran?a 2:1 hesabı ilə qalib gəlmişdi. ?Xəzər Lənkəran?lı futbolçular ?Bakı?nın ilk qoluna etiraz edərək onun qaydalar çərçivəsində vurulmadığını iddia edirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA