Bakıda marşurut sürücüləri sərnişini zorlayıblar - Polisə şikayət

img

16-12-2016 [15:59]


Bakıda avtobus sürücüləri 30 yaşlı qadını döyərək zorlayıblar.

"Report"un xəbərinə görə, hadisə 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb.

Məlumata görə,30 yaşlı A.Q. (şərtidir) adlı qadın Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun  sürücüsü Camal Tağıyevlə tanış olub. 

Bir neçə gün sonra isə o, C.Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində tanımadığı şəxsin (sonradan onun 61 nömrəli avtobusun sürücüsü 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov olduğu aydınlaşıb) qeyri-etik hərəkətlərinə etirazını bildirib.

Bundan sonra sürücülərA.Q.-nı zorlayıblar. Hadisə yerinə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin əməkdaşları gəliblər.

Fakt üzrə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi iləcinayət işi başlanılıb. Hər iki şəxs tutulub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA