"Rusiya regionun təhlükəsizliyinin qarantıdır" - Yaqub Eyyubov

img

16-12-2016 [15:30]


Azərbaycanla Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu baş nazirin 1-ci müavini, Rusiya-Azərbaycan iqtisadi-ticarət məsələləri üzrə hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədri Yaqub Eyyubov hökumətlərarası komissiyanın Bakıda keçirilən 16-cı iclasında deyib.

O bildirib ki, Rusiya nəinki iqtisadi tərəfdaş, həm də regionun təhlükəsizliyinin qarantıdır:

"Rusiya çalışır ki, hər yerdə sülh olsun və başqa ölkələrin daxili işlərinə müdaxilə halları baş verməsin. Biz Rusiya ilə münasibətlərə böyük önəm veririk. Ticarət dövriyyəsini artırmaq üçün stimul var. 2014-cü illə müqayisədə ticarət dövriyyəsi kəskin azalıb. Bu isə böhranla bağlıdır, hər yerdə ciddi itkilər müşahidə olunur. Bizdə də devalvasiya baş verib”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA