Politoloqdan Medvedyevin açıqlamasına reaksiya: "Ruslar bu silahın satışına “yox” deməməlidir"

img

15-12-2016 [19:21]


Rusiyanın baş naziri Dmitri Medvedyev bu gün ölkəsinin televiziya kanallarına geniş müsahibəsində deyib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya gələn bütün indikatorlar üzrə inkişaf edəcək. 

Medvedyev bunun ardınca belə bir açıqlama verib: "Əgər əvvəl valyuta hesabımız yalnız neftin satışı hesabına reallaşırdısa, hazırda əsas gəlir mənbəyimiz silah satışıdır. Bu il 17 milyard dollar civarında silah satmışıq, gələn il bu rəqəmi 20 milyard dollara çatdırmağı planlaşdırırıq. Bu iqtisadiyyatın inkişafına birbaşa təsir edir”

Mia.az xəbər verir ki, baş nazirin açıqlamasına reaksiya verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu hesabla Azərbaycana səfərə hazırlaşan Medvedyevin müavini Dmitri Roqozin Bakıya yeni və cəlbedici müqavilələr təklif etməlidir: "Ruslar sırf ticari maraqlardan çıxış edərək "İsgəndər” raketlərinin satışına da "yox” deməməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA