"Şərurlu İsfəndiyar" ona 3 milyon zərər vuran iş adamını bağışladı - Məhkəmə prosesi

img

13-12-2016 [18:28]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirvəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun nümayəndəsi vəkil Bəhruz Bayramov bildirib ki, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbləri yoxdur.

O, A. Pirvəliyevin bağışlanıldığını deyərək, bununla bağlı məhkəməyə ərizə təqdim edib.

Məhkəmə kollegiyası ərizəni qəbul edib.

Qeyd edək ki, təqsirləndirilən şəxs iş adamı İsfəndiyar Axundovun sahibi olduğu "Stil" MMC və "Şaiq" MTK-ya ümumilikdə 3 milyon manatlıq ziyan vurmaqda təqsirləndirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA