İki məhkəmə hakiminin bahalı maşını cərimə meydançasına aparıldı - Yol polisindən reyd

img

13-12-2016 [17:29]


Bu gün Bərdə şəhərində yol polisi tərəfindən reyd keçirilib.

Lent.az-ın məlumatına görə, reyd Bərdənin mərkəzi küçələrində dayanma-durma qaydalarını pozan sürücülərə qarşı keçirilib. Gün ərzində qaydaları pozan xeyli avtomobil Dövlət Yol Polisinin Bərdə rayon Şöbəsinin cərimə meydançasına aparılıb.

Yol polisi reyd zamanı Bərdə rayon Məhkəməsinin qarşısında dayanma-durma qaydalarını pozan avtomobilləri də cərimə meydançasına aparıb.

Məhkəmənin iki hakiminə məxsus "Toyota Prado" və "Hunday Elantra" markalı minik avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına yerləşdirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA