“Keçmiş SSRİ ərazisində yeni ittifaqın yaradılması istisna deyil” - Qorbaçovdan açıqlamalar (VİDEO)

img

13-12-2016 [11:15]


"Keçmiş SSRİ ərazisində yeni ittifaqın yaradılması istisna deyil”.

Bunu TASS-a müsahibəsində SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov deyib. Onun fikrincə, yeni ittifaqın yaranması ehtimalı var: "Sovet  İttifaqına yox! Yeni İttifaqa hə! Eyni sərhədlər daxilində və eyni tərkibdə, amma könülü şəklidə ittifaq yaranması mümkündür”.

Qeyd edək, 8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukraynanın liderləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətinin dayandırılmasına dair sənəd imzalayıblar. Onlar Müstəqil Dövlətlər Birliyinin yaradıldığını elan ediblər. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçyov SSRİ prezidenti vəzifəsindən istefa verib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA