Böyük Quruluş Partiyası Türkiyədəki terroru lənətlədi - Bəyanat

img

13-12-2016 [10:42]


Böyük Quruluş Partiyası (BQP)Türkiyədə baş vermiş terror hadisəsi ilə bağlı başsağlığı mesajı yayınlayıb.

Partiyadan Mia.az-a daxil olan məlumata görə, bəyanatda İstanbulda törədilən dəhşətli terror hadisəsi ən şiddətli şəkildə qınanır, partiyanın terrorizmlə mübarizə aparan Türk xalqı və Türkiyə Cümhuriyyətinin yanında yer aldığı bəyan edilir:

"Böyük Quruluş Partiyası qardaş ölkənin daxili stabilliyini pozmağı, günahsız insanların həyatını hədəf alan,qanun və qəbul edilən normalara zidd olan terror aktlarını şiddətlə qınayır, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağlıqlarına qovuşmalarını arzu edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA