"Bu, pərdəarxası güclərin əməlləridir" - ADP Türkiyədəki terrorla bağlı bəyanat verdi

img

12-12-2016 [17:56]


Azərbaycan Demokrat Partiyası qardaş Türkyədə baş verən və böyük insan itkisi ilə sonuclanan terror aktı ilə bağlı bəyanat qəbul edib. 

Partiyadan Mia.az-a daxil olan bəyanatda deyilir:

"ADP Türkiyədə törədilmiş terror aktlarını qətiyyətlə pisləyir və bu terror nəticəsində insan təlafatına görə qardaş türk xalqına və Türkiyə dövlətinə dərin hüznlə baş sağlığı verir və bu acılı günlərdə üzv və tərəfdarları ilə Türkiyənin yanında olduğunu ifadə edir.

ADP İraqda, Suriyada, Misirdə və Türkiyədə ardıcıl olaraq törədilən terror aktlarını Yaxın Şərqdə stabilliyi pozmağa cəhd edən, bu siyasi coğrafiyanı yenidən şəkilləndirmək məqsədi güdən pərdəarxası güclərin əməlləri kimi dəyərdləndirir.

ADP belə hesab edir ki, terrorizmin günbəgün inkişafı bütün dünyada sülh və əməkdaşlığı təhdid edir. 

ADP həmçinin terrorizmlə bağlı beynəlxalq hüququn öz gücünü itirdiyini, terrora qarşı bütün ölkələrin beynəlxalq hüquqa uyğun davranış sərgiləməməsi terrorun inkişafının situmullaşdırdığına xidmət etdiyini bildirib.

ADP belə hesab edir ki, bu terror aktlarını üzərinə götürən terror təşkilatlarla yanaşı onlara havadarlıq edən, hər cür mənəvi, siyasi, hərbi, hüquqi və maliyyə dəstəyi verən ölkələr və beynəlxalq təşkilatlar məsuliyyət daşıyır.

ADP Azərbaycan hakimiyyətini terrorun nəticələrinin aradan qaldırılıması ilə bağlı Türkiyəyə hər cür maddi və mənəvi dəstək verməyə və terrorla mübarizədə Türkiyənin yanında olmağa çağırır". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA