“Ümidvaram ki, Fransa Qarabağ probleminin tezliklə həllində fəal iştirak edəcək" - Prezident

img

12-12-2016 [16:50]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskontini qəbul edib.
 
Mia.az Azertac-a istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun yeni həmsədri Stefan Viskonti 15 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayaraq ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin və əldə olunan nailiyyətlərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib.
 
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransanın Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Münaqişənin artıq uzun illərdir ki, davam etdiyini vurğulayan dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasında ölkəmizin maraqlı olduğunu bir daha vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA