Keçmiş icra başçısından istintaqa cəlb edilməsi xəbəri ilə bağlı - Açıqlama

img

12-12-2016 [15:21]


Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov həbs olunması və korrupsiya ittihamları üzrə istintaqa cəlb olunması ilə bağlı mətbuatda yayılan məlumatlara qısa münasibət bildirib.

T.Kərimov olkə.Az-a açıqlamasında deyib ki, yayılan məlumatlar doğru deyil: "Nə həbs, nə korrupsiya? Hamısı boş söhbətlərdir. Yayılan bu cür xəbərlərin hamısı yalandır. Mən heç bir istintaqa cəlb olunmamışam”.

Qeyd edək ki, bu gün ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edən insanlar arasında Tahir Kərimov da olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA