12-12-2016 [13:09]
Türkiyə PKK-nı bitirəcəyini bəyan etdi və bəyanatdan dərhal sonra terrora məruz qaldı
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, PKK-nın apreldən sonra başlarına nə gələcəyindən xəbərləri yoxdur. Yox olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar.
Türkiyəli nazirin bəyanatından sonra PKK terror aktı törətdi, nəticədə 44 nəfər həlak oldu. Bu terror aktında PKK canlı bombadan istifadə edib. Bu üsuldan isə PKK demək olar ki, istifadə etmirdi.
Türkiyədə baş verən terror aktı barədə keçmiş MTN polkovniki İlham İsmayıl Ölkə.Az-a danışıb: "Bu terror aktı Türkiyə hökumətinə xəbərdarlıq deyil. Türkiyədə terror olayları yeni hadisə deyil. Terror Türkiyədə 1982-83-cü ildən bəri baş verir. Sadəcə son terror olayında yeni xətt, yeni üslub görünür.
15 iyuldan sonra da insan tələfatı ilə nəticələnən terror hadisəsi baş vermişdi. HDP lideri Səlahəddin Dəmirtaşın həbsindən sonra bu cür terror aktının olacağı gözlənilirdi. Türkiyənin xüsusi xidmət orqanları xəbərdarlıq etmişdi ki, terror aktına hazırlıq görülür. İnsanların gur toplaşdığı yerlər nəzarətə götürülmüşdü. Sadəcə terroçular PKK-ya xas olmayan yeni metodlara əl atıblar. Canlı bombadan PKK heç zaman istifadə etməyib. Bu çox nadir hallarda baş verib. PKK adətən bomba yüklü avtomobillərdən istifadə edib, tələlər qurub. Suriya hadisələri başlayandan bəri PKK-nın metodu dəyişib. Canlı bomba təlimləri xüsusi bir önəm daşıyır və bu hazırlıqlar Suriyanın ərazisində aparılır. PKK canlı bombalarını Kandildə, Şimali İraqda hazırlamır, Suriyada hazırlayır. Bu, Türkiyə üçün yaxşı hal deyil.
İstənilən terror aktı hansısa bir siyasətə cavabdır. Türkiyə son zamanlar Qərbdən uzaqlaşan siyasət xətti izləyir. Qərbdən uzaqlaşdıqca Türkiyəyə lazımi məlumatlar gec çatır. Nəzərə almaq lazımdır ki, ABŞ və İsrail xüsusi xidmət orqanlarının məlumatları son ana qədər izləndi və nəticədə Abdullah Öcalan Türkiyəyə təslim edildi. Türkiyə siyasəti üçün Qərb prioritet olmayacaqsa, bu cür hadisələrin qarşısının alınması çətinləşəcək. Çünki informasiya sahəsində əməkdaşlıq olmayanda bu cür terror hadisələrinin qarşısını almaq olmur.
Deyirlər, MİT-in kifayət dərəcədə təcrübəsi var. Bu təcrübəyə baxmayaraq radikal islamçılar arasında İsrail xüsusi xidmət orqanlarının informasiya mənbələri çox şeydən xəbər verir. Son metodu da elə belə demədim. Canlı bomba radikal dindarlara məxsus məsələdir. Siyasi, milli mübarizə aparan terror təşkilatlarına məxsus deyil. Artıq bu üslub PKK-ya da keçir. Buna görə də, Türkiyənin xüsusi xidmət orqanları hələ uzun müddət çətinlik çəkəcək. Bu çətinliyi də aradan qaldırmaq üçün Qərb, ABŞ və İsraillə həm siyasi, həm də informasiya mübadiləsində yaxınlaşma lazımdır".
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO