Rusiya Türkiyə ilə Qarabağla bağlı razılığa gəldi - Türkiyəli deputat açıqladı

img

11-12-2016 [15:18]


Türkiyənin Baş naziri Binəli Yıldırımın Rusiya səfəri zamanı iki ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərin artırılması barədə razılığa gəliblər.

Bu barədə Trend-ə Türkiyə-Rusiya parlamentlərarası Dostluq Qrupu rəhbəri Rəcai Bərbər deyib.

Onun sözlərinə görə, əvvəldən Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir.

"Əslində Ermənistan da bu problemin həllini istəyir, çünki Dağlıq Qarabağ münaqişəsi Ermənistanı xarici dünyadan təcrid edir, və bu da Ermənistanın iqtisadiyyatına güclü təsir göstərir. Bu problemin həlli, şübhəsiz, regionda sabitliyə və vətəndaşlarının rifahının yüksəlməsinə gətirib çıxaracaq", - Dostluq Qrupu rəhbəri bildirib.

Onun sözlərinə görə, Türkiyə, məsələn Gürcüstanla olduğu kimi, Ermənistanla da yaxşı münasibətlər qurmaq niyyətindədir.

Rəcai Bərbər bildirib ki, Ankara ilə Yerevan arasında yaxşı münasibətlər ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinin azad olunmasında sona mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA