Ana xəstəxanada öldü - Polis araşdırmaya başladı

img

11-12-2016 [00:07]


Gəncədə qadın doğuş zamanı ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Abbas Səhhət adına xəstəxanasında qeydə alınıb. Şəhər sakini 1994-cü il təvəllüdlü Səbinə Allahverdiyeva xəstəxanada doğuş zamanı ölüb. Məlumata görə, S.Allahverdiyeva ilk övladını dünyaya gətirirmiş. Doğuş zamanı ana dünyasını dəyişsə də, uşaq sağ qalıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA