Azərbaycan Rusiya vətəndaşını Çexiyaya verəcək - Məhkəmə qərarı

img

09-12-2016 [10:58]


Bakı Ağır Cinayətlər Məhkəməsində Çexiyada axtarışda olan Rusiya vətəndaşı Krillo Smirnovun ekstradisiya ilə bağlı məhkəmə keçirilib.
 
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, K. Smirnovun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub. O, Çexiyaya ekstradisiya ediləcək.
 
Qeyd edək ki, Krillo Smirnov Çexiyada məhkəmə qərarını icra etməkdən boyun qaçıraraq ölkəni tərk edib. Çexiya məhkəməsi onu axtarışa verib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA