"Çölə çıxanda nazirə deyir ki, mən sizi nəzərdə tutmurdum" - Siyavuş Novruzovdan deputatlara xəbərdarlıq

img

08-12-2016 [14:13]


Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında həmkarlarına irad tutub.

 S.Novruzov deputat həmkarlarından tənqid edərkən konkret ünvan göstərmələrini istəyb:

"Tənqid edəndə konkret sahəni tənqid etmək lazımdır. Ümumi fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir söyləyəndə hər kəs hesab edir ki, bunun ona aidiyyatı yoxdur, başqasını tənqid edirlər. Və yaxud bəzi həmkarlarımız çölə çıxanda nazirə deyir ki, mən sizi nəzərdə tutmurdum, başqa naziri nəzərdə tuturdum. 

Digərini görəndə də eyni şeyi deyir. Buna görə də konkret ünvana sözünüzü deyin, konkret tənqid edin ki, o tənqid olunan şəxs öz işindən nəticə çıxarsın və gələcəkdə səhvlərə yol verməsin. Əgər konkret sahə ilə bağlı fikir varsa, o sahə ilə əlaqədar danışsın, hökumətə ünvanlamasın. Çünki hökumətin yaxşı işləyən üzvü də, yaxşı işləməyən üzvü də var. Ona görə kim pis işləyirsə, onun adını çəkin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA