Deputat Əflatun Amaşov Saatlıdakı vacib problemi parlamentdə qaldırdı - Açıqlama

img

07-12-2016 [17:40]


Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə parlamentinin 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirəsinə həsr olunmuş bugünkü plenar iclasında torpağın suvarılmasının yaxşılaşdırılmasına, irriqasiya tədbirlərinin aparılmasına ciddi ehtiyacın olduğunu və dövlət büdcəsində bu kimi məsələlərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Ə.Amaşov məsələyə Milli Məclisin deputatı seçildiyi Saatlı rayonunun timsalında diqqət yetirib: 

"Bu il rayonda 8 min hektardan çox pambıq əkilmişdi. Növbəti il bu rəqəm 2 dəfə artacaq. Bu il yerli əhali kifayət qədər çalışdı. Ancaq torpağın suvarılmasının yaxşılaşdırılmasına, irriqasiya tədbirlərinin aparılmasına ciddi ehtiyac var. 

Nəzərə alsaq ki, biz postneft dövrünə qədəm qoymuşuq, gələn ilin dövlət büdcəsində bu kimi məsələlərə ciddi şəkildə diqqət yetirməliyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA