İnformasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması... - Deputatdan açıqlama

img

07-12-2016 [17:33]


Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə parlamentinin 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirəsinə həsr olunmuş bugünkü plenar iclasında informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanmasının zəruriliyindən söz açıb.

2017-ci il üçün və qarşıdakı 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası ilə bağlı məqamlara toxunan Ə.Amaşov bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişaf prioritetlərindən biri kimi ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi göstərilib. 

"Həmçinin ümumdünya elektron informasiya məkanına inteqrasiya da diqqətimi çəkdi. Belə vacib məsələlərin hələ də prioritet olaraq qalması və üzərindən bir cümlə ilə keçilməsi mənə qəribə gəlir. 

Proqnoz verilirsə, sahə öyrənilməli, kifayət qədər əhatəli proqnoz verilməlidir. Hətta sırf informasiya təhlükəsizliyi məsələsi ayrıca göstərilməlidir. Hesab edirəm ki, konkret bu istiqamətdəki fəaliyyət informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanmasına köklənməlidir. Bu, olduqca aktualdır”, - deyə deputat fikrinə aydınlıq gətirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA