Azərbaycan kommunistlərindən qaz və işıqpulunun bahalaşmasına etiraz - Bəyanat

img

07-12-2016 [17:28]


Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi ölkədə enerji daşıyəcılarının qiymətinin növbəti artımı ilə bağlı bəyanat yayıb.

Partiyanın birinci katibi Telman Nurullayev tərəfindən imzalanan və Mia.az-a təqdim olunan bəyanatda deyilir:

"Azərbaycan əhalısi mütəmadi olaraq respublika hökuməti tərəfindən, bilavasitə sosial şəraitlərinin pisləşməsinə gətirib çıxaran siyasətinə vərdiş etmişdir.

Fəqət, hamı başa düşür ki, respublika iqtisadiyyatı kapitalizm sisteminnin tələbləri istiqamətində və onun qanunauyğunluqlarna uyğun olaraq, qurulmaqdadır. Bu cür hadisələr artıq, mütəmadi hal alaraq, heç kimi təəcübləndirmir. Lakin bu hal sadə incanların həyat tərzinin yaxşılaşmasına YOX, onların səfalətə yuvarlanmasına gətirib çıxarır.

Azərbaycan hökuməti xaıqın sosial vəziyyətini yaxşılaşdırmaq əvəzinə işlərini qura bilməyən, sadə yolla – xalqı talamaqla işlərini qurmaq istəyən məmurları mənafeyini dəsdəkləməkdə davam edərək, onların maraqlarına xidmət edir. Məmurlar və seçicilərinin hüquqlarının qorunmasını öhdələrinə götürən MİLLƏT VƏKİLLƏRİ xalqın rifahı naminə çalışacaqlarına dair verdikləri ağız dolusu ”şirin” vədlərinə baxmayaraq, yaşayış imkanlarına birbaşa təsir göstətən enerji daşiyicilarinin qiymətlərinin artırılmasına imkan verməsi xalq qarşısında onların məsuliyyətsizliyinə dəlalət edir.

Bu hal əlbətdə ki, bazar iqtisadiyyatı qanunları ilə inkişaf edən cəmiyyətdə az təminatlı əhalinin onsuz da çətin olan yaşam imkanlarına ağır zərbədir və dözülməz olacaqdır. 2016-cı il son referendumdan sonra rifahının yaxşılaşacağına ümid edən xalqda vətənin təbii sərvətlərindən istifadə etmək haqda Konstitutsion hüquqlarının pozulmasında , anlaşılmazlıq yaradır.

Qiymət qaldırma prosesinin TARİF ŞURASI adlanan qurumun ixtiyarına vermək və bir qrup dövlət qurumunun müraciətini əsas götürmək heç də inandırıcı görsənmir. Bunun onsuz da səfalətdə olan xalqın hesabına edilməsi nə dərəcədə məqsədə uyğundur? 

Özünü xalqın partiyası adlandıran iqtidar partiyası- YAP niyə vədlərinə əməl etmir və partiya üzvlərinin bu hərəkətlərini qiymətləndirmir?Taarif şurasının qərarı ilə bağlı hökümət üzvlərinin , bəzi nazirlərin , xüsusən də Maliyyə naziri S. Şərifov cənabının mülahizələri hiddət doğurur.

Məgər onlar cəmiyyətimizi dünyada gedən proseslərdən təcrid olunmuş formadamı idarə edirlər? Nə üçün Enerji daşıyıcılarını istehsal etməyən qonşu dövlətlər satış qiymətlərini aşağı salır. 

Təkcə Belarus Prezidentinin bu istiqamətdəki qərarları örnək olmalıdır. İlk öncə diferensiallaşdırılması vacib əhalinin maliyyə imkanlari olmalı idi! Əgər Milli Məclisin üzvlərinin aldıqları çox yüksək "əmək haqqları” ilə "dolana” bilmədikləri etiraf edilirsə, bəs əhalinin yerdə qalan hissəsi, çox cüzi, aldıqları əmək haqqları və təqaüdləri ilə necə yaşaya bilərlər? 

Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiyasının birinci maddəsini yaddan çıxarmısızmı, cənablar!

Əgər respublika hakimiyyətinin mənbəyi azərbaycan xalqı deyilsə və azərbaycan xalqı bir ovuc oliqarxlardan, dövlət qulluqçularından ibarətdirsə, onda Referendum keçirib Konstitusyyanın birinci maddəsində dəyişiklik etmək lazımdır!?

Respublikada, digər kapitalizm sistemi ilə inkişaf edən ölkələrdən fərqli olaraq, kriminal vəziyyətin sabitliyi üçün respublika rəhbərliyinin bu istiqimatdə müsbət fəaliyyətini qeyd etməklə yanaşı, hələ də bəzi hakimiyyət strukturlarının reketlik fəaliyyətinə qarşı tədbirlər görülməməsini təəssüflə bildirmək məcburiyyətindəyik.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi əhalinin sosial vəziyyətinin ağırlaşdırılmasına səbəb olacaq enerji daşıyıcılarının satış qiymətlərinin artırılması istiqamətindəki qəbul olunmuş qərarları qətiyyətlə pisləyir və Azərbaycan Respublikası Prezidentindən bu qərarların ləğv edərək,bu məsələlərin xalqın xeyrinə nizama salınması üçün tədbirlər görülməsini istəyir:

-Xalqın Konstitutsion hüquqlarının bərpası ilə bağlı tədbir görülsün

-Tarif şurasının qərarına yenidən baxılması istiqamətində Nazirlər Kabineti qərar versin

-Dövlət başçısı bu vəziyyəti yaradanlara qarşı tədbirlər görsün.

Xalqın mənafelərinə uyğun olmayan bu cür siyasətə son qoyulmalıdır!!!".

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA