Aydınlar Partiyası təbii fəlakətin daha ağır fəsadlar törətməsində hökuməti günahlandırır

img

22-05-2010 [02:48]


Aydınlar Partiyası Kür çayının daşması və sahil bəndlərinin uçması ilə bağlı bölgədə yaranmış fəlakət zonasındakı son durum müzakirə edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirədə baş vermiş fəlakətdə hakimiyyətin məsuliyyətsizliyi və səriştəsizliyi xüsusi qeyd olunub. Partiya yaranmış vəziyyətlə bağlı bəyanat veda verib, Bəyanatda qeyd olunur ki, baş verən hadisə təbii fəlakt olsa da, vəziyyətin bu qədər ziyan verməsinin qarşısını almaq mümkün idi: ?Əgər Kür çayının yatağı zamanında təmizlənsəydi, bəndbərkitmə işləri vaxtı vaxtında aparılsaydı, təbii fəaləktin bu qədər ciddi fəsadları olmazdı. Fakt odur ki, bu işlərin həyata keçirilməsi üçün lazımi qədər vəsait ayrılıb. Ancaq görünən odur ki, pul ayrılmasına baxmayaraq, hər hansı bir önləyici tədbirlər görülməyib. Bu səbəbdən də Aydınlar Partiyası təbii fəlakətin bu qədər ağır fəsadlar verməsində hökuməti və aidiyyatı qurumları təqsirli sayır. Yaranmış vəziyyətin aradan qaldırılması üçün təxirə salınmaz tədbirlərin həyata keçirilməsinin vacib olduğunu bəyan edir?. Bundan əlavə, Aydınlar Partiyası hakimiyyətdən fəlakətin qarşısının qısa zamanda alınması, əhalinin və onlara məxsus əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün daha effektli təbirlər görməsini, əhaliyə dəymiş ziyanın kompensasiya edilməsini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA