Müsavat bazqanı Avropa Yenidənqurma və inkizaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüzüb

img

01-06-2010 [01:02]


Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə AYIB-in Direktorlar Şurasının üzvləri Werner Gruber, Kurt Bayer, Pedro Moriyon, Simon Ray, İb Katznelson, Joao Cravinho, Tae Hwan Kim, Virgina Gheorghiu, Stefka Slavova, AYİB-in Qafqaz, Moldova və Belarus üzrə Direktoru Paul-Henri Forestier, AYİB-in Siyasi Müşaviri Mahir Babayev, AYİB-in Bakıdakı Daimi Nümayəndəliyinin Başçısı Francis Delaey iştirak ediblər. Tədbirdə ölkəmizdə insan haqlarının və demokratiyanın durumu ilə bağlı müzakirə aparılıb. Bu ilin noyabrında parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün görülməli işlər haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan və Avropa strukturları arasında iqtisadi və siyasi əməkdaşlıq məsələləri dəyərləndirilib. Görüşdə digər müxalifət partiyaları təmsilçiləri də iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA