Gəlin maşını dəhşətli qəza törətdi, piyadanı vurdu - VİDEO

img

06-12-2016 [21:39]


Ağdamda gəlin maşını qəzaya uğrayıb.

Mia.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində qeydə alınıb.

Toy karvanındakı Ağdam rayon sakini Qabil Abbasova məxsus "Leksus” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə minik maşını dəmir hasarı uçuraraq yolun kənarındakı fərdi yaşayış evinin həyətinə girib. Avtomobil evin həyətində olan İlhamiz Quliyevi vurub.

Yaralı təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilir ki, yaralının vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA