06-12-2016 [14:20]
Vaxtilə regionçuluğa bağlı olan bəzi mütrüblər məni xalqın gözündən salmaq üçün belə söhbətləri ortaya atmışdılar ki, guya mən ancaq öz yerlilərimi vəzifələrə çəkirəm və sairə. Onlar iddia edirdilər ki, guya mən Qərbi Azərbaycandan olan soydaşlarımıza ögəy münasibət bəsləyirəm. Bütün bunların hamısı yalan və cəfəngiyyat idi”.
Mia.az xəbər verir ki, bu sözləri Ölkə.az-a Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov deyib.
A.Mütəllibov hər zaman regionçuluğun əleyhinə çıxış etdiyini və hazırda da eyni mövqedə qaldığını söyləyib:
"Azərbaycana bundan böyük zərbə yoxdur. Regionçuluq söhbəti atom bombası kimi bir şeydir. Atırsan partlayır, silinməz izlər yaradır. Elə adamlar var ki, onlar başqa regionlara yad münasibət bəsləyir. Sanki həmin regionlar ikinci dərəcəli yerlərdir və sairə. Bütün bunlar çox pis hərəkətlərdir. İndiyədək kiməsə hansı regiondan olduğunu söyləməmişəm, bu barədə maraqlanmamışam. Heç özümə rəva da bilmərəm ki, kiməsə "sən haralısan?” sualı verim.
Axı, nə dəxli var ki, kim haralıdır? Hamımız Azərbaycandanıq, azərbaycanlıyıq. Mən prezident olanda da hər zaman bunlara diqqət etmişəm”.
Sabiq Prezident vəzifədə olduğu dövrlərdə hər zaman indiki Ermənistandan qovulmuş soydaşlarımızın problemlərinin həllinə çalışdığını vurğulayıb:
"Qərbi Azərbaycandan olan ağsaqqal insanlarla görüşəndə onlar məni görüb çox sevinirdilər, Mən də onlara zarafatla deyirdim ki, xəbəriniz var, bizi sizinlə qarşı-qarşıya qoymağa çalışırlar. Misal üçün, mən Baş nazir olanda indiki Ermənistandan qovulan soydaşlarımızın taleyi və problemləri ilə bilavasitə məşğul olurdum. Hətta, həmin soydaşlarımızı bir rayona toplamaq üçün yeni rayon – Xızını yaratdım. Bunun da səbəbi var idi. Çünki Ermənistandan qovulan soydaşlarımızı düzənliklərə, Qazaxıstana və digər uzaq ərazilərə göndərirdilər.
Mən isə Xızının dağlıq, zəngin təbiətə malik olan ərazi və Bakıya yaxın rayon olduğu üçün, Ermənistandan qovulan soydaşlarımızın məhz bu rayonda məskunlaşdırılmasını istədim. Çünki həmin insanlar Qərbi Azərbaycanda dağlıq, gözəl təbiətə malik yerlərdə yaşayırdılar. Ona görə də bu insanlara lazımı şərait yaradılması üçün əlimdən gələni edirdim. Xızıya isə təcrübəli katib olmuş Maksim Musayevi başçı təyin etdim. Həmin vaxta qədər Maksim Musayev Qaxda çalışırdı. Maksim Musayev gəlib Xızıda da xeyli işlər gördü. Xızıda Ermənistandan gələn azərbaycanlılar üçün ilk qəsəbəni də biz açdıq. Hətta, özüm də onların xeyir-şər məclislərində iştirak edirdim. Ona görə də bu cür yalan danışan adamlar gərək elə sözlər danışsın ki, o az da olsa inandırıcı olsun”.
A.Mütəllibov Yeni Azərbaycan Partiyasının "91-lər”indən olan Maksim Musayevin vaxtilə onunla çalışdığını söyləyib:
"Mən Maksim Musayevi işgüzar insan kimi tanımışam, yaxşı təsərrüfatçılıq bacarığı var idi. Hətta, ötən sərin 80-ci illərinin sonlarında Maksim Musayevə dedim ki, Qaxda bir bulaq var, get onun suyunun keyfiyyətini yoxlatdır. Sonra orada bir fabrik açarsan. O da bunu etmişdi. Sonradan bir dəfə mənə Qax mineral suyunu göstərdilər, dedilər ki, bu həmin fabrikdə istehsal olunur”.
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu